Kamal Umudlu və Fəridə Lütfəliyeva UEFA kursunda iştirak edəcək
02.09.2024 - 11:51

Azərbaycanın FIFA referiləri Kamal Umudlu və Fəridə Lütfəliyeva UEFA-nım CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Sentyabrın 3-də start götürəcək kurs 4 gün davam edəcək.
0
0