"Kəpəz" baş məşqçisi ilə yollarını ayırıb
29.08.2024 - 13:02

"Kəpəz" baş məşqçisi Adil Şükürov ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı əlavə məlumat veriləcək.
0
0