"Kəpəz" ev oyunlarını Qəbələdə keçirə bilməyəcək - Səbəb
26.02.2024 - 17:50

Azərbaycan Premyer Liqasının ev oyunlarını Qəbələdə keçirən "Kəpəz" artıq eyniadlı klubun meydançasından istifadə edə bilməyəcək.
Apasport.az-a daxil olan məlumata görə, "Qəbələ" rəhbərliyi meydançanın ot örtüyünün yükləndiyini bildirib.
Bu səbəblə "Kəpəz" Premyer Liqanın 26-cı turunun "Neftçi" ilə ev matçını Tovuz şəhər stadionunda keçirəcək.
Qeyd edək ki, hazırda "sarı-göylülər"in stadionu yararsız vəziyyətdə olduğuna görə ev oyunlarını Gəncədə keçirə bilmirlər.
0
0