"Kəpəz" heyətini I Liqa futbolçusu ilə gücləndirdi
09.02.2024 - 09:18

“Kəpəz” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq.
Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artırıla bilər.
23 yaşlı yarımmüdafiəçinin sonuncu klubu I Liqa təmsilçisi "İrəvan" olub.
0
0