“Kimyaçılar” Samir Abasovun ünvanına şüarlar səsləndiriblər
08.12.2024 - 18:04

Misli Premyer Liqasının XVI turu davam edir.
Apasport.az xəbər verir ki, hazırda "Neftçi" "Sumqayıt"ın qonağıdır.
Meydan sahiblərinin azarkeş qrupu "Kimyaçılar" Samir Abasovu xoş qarşılamayıb. Fanatlar onun ünvanına qeyri-etik şüarlar səsləndiriblər.
Fanklub mütəxəssisin "Neftçi"ni "Sumqayıt"a dəyişməsinə etiraz edib.
Qarşılığında isə "ağ-qaralar"ın azarkeş qrupu "Forza Neftçi" Samir Abasovu səsləyərək ona dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, matçda hesab açılmayıb.
0
0