Konfrans Liqası: “Zirə” “Makkabi” ilə qarşılaşacaq
15.06.2022 - 15:19

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək daha bir klubun rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə”nin kiminlə üz-üzə gələcəyi bilinib.
Premyer Liqanın bürünc mükafatçısı və Azərbaycan kubokunun finalçısı ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək.
Rəşad Sadıqovun kollektivinin birinci oyunu evə təsadüf edəcək.
Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 21-də və 28-də keçiriləcək.
0
0