
“Qarabağ” çox yaxşı komandadır. Güclü futbolçuları və əla sistemləri var”.
Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.
Bundesliqanın lideri Ağdam təmsilçisini analiz etdiyini və Azərbaycan çempionunun inamlı oyun nümayiş etdirdiyini açıqlayıb: “Biz rəqibdən məhz bu oyunu gözləyirdik. İlk 20 dəqiqədə çox yaxşı mübarizə apardıq. Ümumilikdə götürsək, layiqli qələbədir. Çünki topsuz da yaxşı işlədik. Avropa Liqasına qələbə üçün başladığımız üçün şadıq”.