"Mançester Siti"də Ederson şoku
12.03.2024 - 10:38

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən " Liverpul" - " Mançester Siti" (1:1) matçında zədələnən qonaq komandanın qapıçısı Edersondan pis xəbər gəlib.
Apasport.az "Daily Mail" nəşrinə istinadla məlumat verir ki, "Siti"nin braziliyalı qapıçısı zədə səbəbindən 3-4 həftə meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Ederson matçın 56-cı dəqiqəsində oyunu tərk etməli oldu və onu Stefan Orteqa əvəz etdi. 30 yaşlı qolkiperin yoxluğunda Orteqanın "Mançester Siti"nin qapısını qoruyacağı gözlənilir.
0
0