Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
02.02.2024 - 10:18

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun açılış matçında iştirak edəcək ulduzların adları bəlli olub.
Bu barədə apasport.az-a “Sumqayıt”ın mətbuat xidmətindən məlumat verilib.
Gənclərin sevimlisi olan iki müğənni - Hiss və "Sumqayıt uşağı" Murad Arif oyundan əvvəl konsert proqramı təqdim edəcəklər.
Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” matçından əvvəlki açılış mərasimi saat 14:00-da başlayacaq.
0
0