"Real" autsayderi darmadağın etdi
16.02.2023 - 02:21

"Real" İspaniya La Liqasının XXI turundan təxirə salınmış matça çıxıb.
Apasport.az xəbər verir ki, klublarası dünya çempionatına görə təxirə salınmış matç darmadağınla nəticələnib.
Belə ki, "Real" Madriddə autsayder "Elçe"ni 4:0 hesabı ilə məğlub edib. Marko Asensyo, Luka Modriçin qol vurduğu matçda Kərim Benzema penaltidən dublla darmadağına töhfəsini verib.
Bu nəticədən sonra "Real" xalını 48-ə yüksəldib. 2-ci pillədə olan Kral klubunu lider "Barselona"dan 8 xal ayırır.
0
0