Messi Avstraliyaya vurduğu qolla Maradona və Ronaldunu keçdi
03.12.2022 - 23:55

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin 1/8 final mərhələsində Avstraliyaya qol vurmaqla Dieqo Maradona və Kriştianu Ronaldunu arxada qoyub.
Apasport.az xəbər verir ki, 35 yaşlı argentinalı karyerasında dünya çempionatlarında 9-cu qolunu vurub.
Bu göstəriciyə görə o, dünya çempionatlarında 8 qol vuran əfsanəvi həmyerlisi Dieqo Maradona və Kriştianu Ronaldunu keçib.
Qeyd edək ki, Argentina millisinin dünya çempionatlarında ən çox fərqlənən futbolçusu Qabriel Batistutadır (10 qol).
0
0