“Milan”da 25 milyonluq vinger
27.07.2023 - 18:28

“Milan” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi Samuel Çukvezenin transferini reallaşdırıb.
24 yaşlı vinger “Vilyarreal”dan Milanın eyniadlı klubuna keçib. O, 5 illik müqaviləyə imza atıb. Transfer 25 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, Çukveze ötən mövsümün 50 matçında 13 qol vurub.
0
0