Millətlər Liqası: Azərbaycan Monteneqro ilə üz-üzə
21.02.2025 - 11:19
Millətlər Liqası: Azərbaycan Monteneqro ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ilk oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edəcək.

“Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matç saat 15:00-da başlayacaq.

21 fevral

Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar)

Liv Bona Dea Arena. Saat 15:00

Baş hakim: Tatyana Sorokopudova

Baş hakimin köməkçiləri: Nargis Magau, Dinara Idrisova

Dördüncü hakim: Elvira Nurmustafina

(Hakimlər briqadası Qazaxıstandandır)