Millimiz Gürcüstanda məğlub oldu
27.09.2024 - 23:06

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, U-17 yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.
0
0