Millimiz məğlub oldu
02.10.2024 - 19:52

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb.
Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.
- İsveç millisinin baş məşqçisi: “Bizi çətin oyun gözləyir”
- “Qızıl top” səsverməsinin nəticələri: Kim neçə xal toplayıb?
- Rəşad Sadıqov: "Rəhimi cəzalandırmaq barədə düşünəcəyəm" - VİDEO
- “Qarabağ”da Anton Krivotsyuk məsələsi yenidən gündəmə gəlib
- Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ
0
0