Millimiz mövqeyini qorudu – FİFA reytinqində
05.08.2022 - 13:12

Qadınların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 81-ci komandasıdır.
Yığmamızın hesabında 1274,50 xal var. Komandamız ötən reytinqdəki mövqeyini qoruyub.
ABŞ millisi siyahının 1-ci pilləsində qalıb – 2111,47 xal. Almaniya (2059,75) İsveçi (2058,11) keçərək ikinci yerə yüksəlib.
0
0