
Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız DÇ-2024-ün elit-raund mərhələsində Qazaxıstanla qarşılaşıb.
Görüşə yaxşı başlayan Vitali Borisovun yetirmələri ilk yarıda hesabı açıblar. Fasiləyə üstün yollanan yığmamız ikinci hissədə buraxılan toplarla məğlub olub – 2:4.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milliləri 5 gündən sonra Astanda qarşılaşacaq.
DÇ-2024, elit-raund
6 oktyabr
20:00. Azərbaycan – Qazaxıstan – 2:4
Qollar: Hadi Ahmadi, 9, Maneka, 40 // Birjan Orozov, 23, Duqlas Junior, 27, Dauren Tursagulov, 34, Leo, 39
Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeinen, Paavo Komppa (Finlandiya)
Bakı İdman Sarayı