Millimiz Rusiyaya darmadağın oldu
22.09.2024 - 17:06

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Rusiya seçməsinin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bundan əvvəl millimiz Belarusa 1:8, Özbəkistana isə 1:2 hesabı ilə uduzub.
0
0