Millimiz Şimali İrlandiyaya darmadağın oldu
12.10.2024 - 19:54

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə nəticələnib. Britaniyalılar qapımızdan 5 cavabsız top keçirib.
Qeyd edək ki, 3 xala malik Azərbaycanın U-21 yığması sonuncu pillədə qərarlaşıb.
0
0