“Qarabağ”da yeni müqavilə
04.05.2024 - 22:44

“Qarabağ” klubu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.
0
0