Millimiz yenə Belarusa məğlub oldu
06.02.2025 - 16:06

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.
0
0