Millimizdən irəliləyiş
29.06.2023 - 15:03

Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 121-ci komandasıdır.
Komandamızın hesabında 1143 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 3 pillə irəliləyib.
Buna bu ay keçirilən rəsmi və yoldaşlıq oyunları səbəb olub. Yığmamız AVRO-2024-ün Estoniya ilə seçmə matçında heç-heçə edib – 1:1.
Qeyd edək ki, cədvələ 1843 xala malik Argentina başçılıq edir.
0
0