Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri açıqlandı
16.09.2024 - 17:56

Azərbaycanın çimərlik futbolu yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Dünya Çimərlik Futbolu Təşkilatının mətbuat xidməti məlumat yayıb.
Sahib Məmmədovun baş məşqçisi olduğu millimiz A qrupunda İspaniya, İngiltərə və Gürcüstanla mübarizə aparacaq.
0
0