Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib
19.12.2024 - 13:03

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabr ayının reytinqinə əsasən, yığma 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) ikinci, İspaniya (1853,27) üçüncüdür.
0
0