Millimizin futbolçusu Almaniya klubunun kapitanı oldu
05.08.2022 - 10:11

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov klubu “Aue”nin yeni kapitanı seçilib.
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa III-də çıxış edən klub açıqlayıb.
Bildirilib ki, qapıçı Martin Mennel 7 il daşıdığı sarğıdan artıq imtina edib. Rəhbərlik isə birinci vitse-kapitan Nazarovu əsas kapitan elan edib.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”nin formasını geyinir. 32 yaşlı yarımmüdafiəçi yay fasiləsində Azərbaycan klublarından təklif almasına baxmayaraq, Bundesliqa III-ə düşən “Aue” ilə yeni müqavilə imzalamaq qərarına gəlib.
0
0