Millimizin futbolçusu Koreyada cəzalandırıldı
05.03.2023 - 00:28

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada cəzalandırılıb.
Apasport.az-ın xəbərinə görə, onun çıxış etdiyi "Tecon Hana Sitizen" klubu səfərdə "İnçeon Yunayted"in qonağı olub. Görüş 3:3 hesabı ilə başa çatıb.
90 dəqiqə meydanda olan Ukrayna əsilli legioner 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu onun Koreyada 2-ci matçıdır. "Tecon" 4 xalla turnir cədvəlində 2-cidir.
0
0