Millimizin heyətində dəyişiklik edilib
25.11.2024 - 13:02

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar. Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.
Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
0
0