Salah Oueni keçdi
23.08.2022 - 16:04

“Liverpul” tarixinin bombardirləri siyahısında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Məhəmməd Salah cədvəldə 8-ci pilləyə yüksəlib.
Misirli hücumçu İngiltərə klubunda 159-cu qolu vurub. Bununla da Məhəmməd 158 dəfə fərqlənən Maykl Oueni arxada qoyub. Salah buna 258-ci oyununda nail olub.
Məhəmməd 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, Premyer Liqada 120, Çempionlar Liqasında 34, İngiltərə kubokunda 4, Superkubokda 1 dəfə fərqlənib.
Qeyd edək ki, klub tarixinin ən yaxşı bombardiri Yan Raş 346 qol vurub.
0
0