
Millimizin hücumçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopers" klubunda növbəti qolunu vurub.
Apasport.az xəbər verir ki, o, İsveçrə çempionatının XXIX turunda autsayder "Vintertur" üzərində səfərdə qazanılan 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.
Futbolçumuz 45+1-ci dəqiqədə fərqlənməklə hesabı 2:0 edib. O, meydanda sonadək oynayıb və 1-ci qolun müəllifi, slovakiyalı Kristian Hertslə birgə matçın ən çox bal toplayan (6,9) futbolçusu olub.
Qeyd edək ki, o məhz sonuncu qolunu da "Vintertur"a vurmuşdu. "Qrasshopers"in yenə 2:1 qalib gəldiyi matçda Renat Dadaşov 41-ci dəqiqədə hesabı açmışdı.
Onu da bildirək ki, son nəticədən sonra "Qrasshopers" 37 xalla 5-ci sıradadır və Avropa Konfrans Liqasına getmək şansı mövcuddur.
- Rəşad Sadıqov: “Üç-beş il “Zirə”də olmalıyamsa, burada qalacam” - MÜSAHİBƏ
- Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı
- “Qalatasaray” braziliyalı futbolçunu heyətinə qatmaq istəyir
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
- Rəqibinə qarşı irqçilik etdi, millinin heyətindən çıxarıldı