Millimizin növbəti rəqibi də böyük hesabla uduzdu
25.03.2023 - 01:49

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin növbəti rəqibi olan İsveç yığması da turnirə böyük hesablı məğlubiyyətlə başlayıb.
Apasport.az xəbər verir ki, İsveç öz meydanında qrupun favoriti Belçikaya 0:3 hesabı ilə uduzub. Hər 3 qolu Romelu Lukaku vurub.
Qeyd edək ki, bu gün Avstriyaya 1:4 hesabı ilə uduzan Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.
0
0