Millimizin rəqibi müəyyənləşdi
02.11.2023 - 10:00

Azərbaycan yığmasının BƏƏ-də keçirilən minifutbol üzrə dünya çempionatının 1/4 finaldakı rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, millimiz Bolqarıstan komandası ilə üz-üzə gələcək.
1/8 finalda Portuqaliya millisini mübarizədən kənarlaşdıran millimizi Bolqarıstan sınağı gözləyir.
1/4 final mərhələsinin Azərbaycan – Bolqarıstan matçı bu gün saat 21:00-da baş tutacaq.
Qeyd edək ki, görüş “İdman TV”də yayımlanacaq.
0
0