
Azərbaycan millisinin sabiq futbolçusu Mirbağır İsayev cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum AFFA U-17 Liqasında keçirilən “Səbail” –“Turan Tovuz” oyununda baş verənləri müzakirə edib. Meydan sahiblərinin akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 ay müddətinə futbolla bağlı vəzifələrdə işləməyinə qadağa qoyulub. Paytaxt klubu 4000 manat cərimələnib.
“Səbail”in baş məşqçisi Yaşar Abuzərov da cəzasız qalmayıb. Oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbol veteranı 5 matçlıq diskvalifikasiya edilib.
- AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib
- “Qarabağ” - “Viktoriya”: Jurnalistlərin PROQNOZU
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- Azərbaycan taekvondoçusu: “Olimpiadada da uğurlu çıxış edəcəm”
- Çempionluq bayramında derbi qələbəsi