Muradlı Bill turnirinin qalibi oldu
22.07.2022 - 18:28

İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalına yekun vurulub.
Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, son turda yarışın iki lideri - həmyerlimiz Məhəmməd Muradlı və FİDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb.
Partiya heç-heçə ilə başa çatıb. Əlavə göstəricilərə əsasən Azərbaycan şahmatçısı Bill turnirinin qalibi adını qazanıb. Kiril Alekseyenko ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, festivalda 114 şahmatçı iştirak edib.
0
0