Musa 90 dəqiqə oynadı, “Yurqorden” uduzdu
16.09.2023 - 21:42

Musa Qurbanlının komandası İsveç çempionatında uduzub.
Apasport.az-ın məlumatına görə, “Yurqorden” öz meydanında “Varnamo”ya məğlub olub.
Çempionatın 23-cü turunun qarşılaşmasında Musa start heyətində yer alıb. 90 dəqiqə meydanda olan gənc hücumçu fərqlənə bilməyib. Oyun 1:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Yurqorden” 40 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Komanda növbəti görüşünü səfərdə AİK-ə qarşı keçirəcək.
0
0