“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləmədi
22.06.2023 - 15:53

“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib.
25 yaşlı gürcü yarımmüdafiəçi “Neftçi”yə ötən ilin avqustunda transfer olunmuşdu. Arveladze Bakı təmsilçisinin heyətində 20 rəsmi oyunda meydana çıxıb.
0
0