“Neftçi” Futbol Mərkəzində inzibati binanın təmiri başlandı
14.02.2024 - 10:37

“Neftçi” PFK-nın Bakıxanov qəsəbəsində yerləşən “Neftçi” Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işlərinə start verilib.
Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, masaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, həmçinin yeməkxana və hamam otağında tikinti işləri aparılır.
0
0