
Yeni mövsümə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qardaş ölkədə yerli komanda ilə üz-üzə gəlib.
Baş məşqçi Laurentsiu Regekampf ilk sınağında komandasını “Sakaryaspor” önünə çıxarıb. TFF I Liqaya yeni yüksələn sakaryalılarla görüş “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutub. Matçda ilk qolu təmsilçimiz vurub. Lakin "ağ-qaralar" 82-ci dəqiqədə buraxdıqları topla qələbəni əldən verib. Görüş heç-heçə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Bakılılar bu turnirin II təsnifat mərhələsində iyulun 21-də və 28-də Kipr klubu “Aris”lə qarşılaşacaq.
Yoxlama görüşü
6 iyul
16:45. “Neftçi” – “Sakaryaspor” (Türkiyə) 1:1
Qol: Qodsvey Donyo, 17
Bolu