Nabi Keytanın yeni klubu müəyyənləşib
10.12.2024 - 16:14

Macarıstanın “Ferentsvaroş” klubu heyətini Bundesliqada çıxış edən futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda “Verder”dən Nabi Keytanı icarəyə götürüb. 29 yaşlı yarımmüdafiəçi 1 il “Ferentsvaroş”da çıxış edəcək.
Müqaviləyə futbolçunun satınalma variantı da daxil edilib.
Qeyd edək ki, Keyta daha əvvəl “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olub.
0
0