“Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb
05.11.2024 - 13:16

Premyer Liqanın XIII turunun “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, qiyməti 3, 10, 15 və 35 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.
Noyabrın 8-də keçiriləcək görüşə saat 15:00-da start veriləcək.
0
0