“Lənkəran”dan yeni transfer
26.09.2024 - 21:26

"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, cənublular ABŞ-li Filmon Qebriyhiti rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, Filmon hücumçu mövqeyində çıxış edir. 25 yaşlı oyunçu 205 sm boya malikdir.
0
0