"Neftçi" "Sivasspor"la qarşılaşacaq
17.07.2024 - 12:35

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Super Liqa təmsilçisi "Sivasspor"la qarşılaşacaq.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyun Ərzurumdakı "Palandöken Yüksek İrtifa Camp Facilities"də keçiriləcək.
Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Super Liqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.
- "Qalatasaray" - "Fənərbaxça" matçını əcnəbi hakim idarə edəcək?
- “Zirə” Premyer Liqanı bürünc medalla bitirdi - İLK
- "Real" futbolçularının şkaflarını hərraca çıxarıb - FOTO
- Demian Lillard və Bred Bill “Mayami”nin hədəfində
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
0
0