"Neftçi" "Spartak"la qarşılaşacaq
18.03.2024 - 12:12

“Neftçi” Rusiyanın ən titullu klubu – “Spartak” (Moskva) ilə yoldaşlıq oyunu keçirəcək.
Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Martın 23-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlanacaq.
Qeyd edək ki, matçın biletləri tezliklə satışa çıxarılacaq
0
0