"Neftçi" Türkiyə klubu ilə qarşılaşacaq
06.01.2024 - 12:29

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "ağ-qaralar" “Erzurumspor” ilə qarşılaşacaq.
Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Miodraq Bojoviçin komandası yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.
Qeyd edək ki, yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.
0
0