"Neftçi" yeni hücumçu transfer edib
28.08.2024 - 22:46

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı Dembo Darbo ilə müqavilə imzalayıb.
22 yaşlı qambiyalı hücumçunun müqaviləsi 2 il müddətində keçərli olacaq.
Darbo yeni komandasında 22 nömrəli formanı tərlədəcək.
0
0