Burak Yılmaz istefa verdi
10.11.2023 - 15:28

Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib.
Apasport.az xəbər verir ki, “Beşiktaş” müvəqqəti baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.
Gənc mütəxəssis uğursuz nəticələr üzündən istefa verib. O, Avropa Liqasının “Bodo Qlimt”lə matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra postu ilə vidalaşıb.
Qeyd edək ki, Şenol Günəşin istefasından sonra bu vəzifəyə təyin olunan Yılmaz 6 oyunda komandaya rəhbərlik edib. Bu matçlarda 2 qələbə qazanan “Beşiktaş” 4 dəfə uduzub.
- Aleksey Kaşuk daha bir klubumuzun transfer siyahısında yer alıb
- Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”
- Super Liqa: “Eyüpspor” və “Konyaspor”dan qələbə
- Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ
- “Zirə”dən bərabərlik, “Sabah” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB
0
0