“Neftçi”də 2 illik müqavilə
05.06.2023 - 15:21

“Neftçi” qapıçı İvan Brkiçlə müqavilənin müddətini artırıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb. O, 2025-ci ilin yayına qədər ağ-qara forma geyinəcək.
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.
0
0