“Neftçi”nin “Beşiktaş”la oyununun vaxtı dəyişdirildi
17.08.2023 - 10:07

“Beşiktaş” – “Neftçi” oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Konfrans Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma İstanbuldakı “Beşiktaş Park”da baş tutacaq.
Qeyd edək ki, öncədən oyunun saat 21:00-da keçirilməsi nəzərdə tutulmuşdu.
0
0