“Neftçi”nin futbolçusundan yubiley qolu
16.12.2024 - 10:33

“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.
O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. F.Ozobiçin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.
F.Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.
- Filip Ozobiç: "Avropa Liqasında qrupdan çıxmaq istəyirik"
- Millimiz beynəlxalq yarışda çempion oldu - VİDEO
- Basketbolçularımız qələbəyə imza atıblar
- "Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
0
0