
“Neftçi” PFK təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Bələk bölgəsindəki “Gloria Verde Resort” hoteldə məskunlaşan komanda bu gün 2 məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub.
3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan paraqvaylı Sesar Mesa Kolyi “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, "ağ-qaralar" qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Meç” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.