"Sabah" Banskonu seçdi
26.06.2022 - 15:19

“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi hazırlığa iyunun 27-də Bakıda başlayacaq.
Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.
İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.
"Sabah"ın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər isə hələlik dəqiqləşməyib.
0
0